Şabran sakininin avtomobilində psixotrop maddə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabran sakininin avtomobilində psixotrop maddə aşkarlanıb

Qafar Ağayev11:34 - 07 / 10 / 2021
Şabran sakininin avtomobilində psixotrop maddə aşkarlanıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Vicay Rəsulovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər