Son günlər koronavirusa yoluxmaların artma səbəbi nədir? - Baş infeksionist | 1news.az | Xəbərlər
Cəmiyyət

Son günlər koronavirusa yoluxmaların artma səbəbi nədir? - Baş infeksionist

S.Xankişiyeva17:31 - 08 / 10 / 2021
Son günlər koronavirusa yoluxmaların artma səbəbi nədir? - Baş infeksionist

Ötən iki gün ərzində koronavirusa yoluxmaların sayında artım müşahidə olunmaqdadır. Belə ki, son iki gündə yoluxmalar min rəqəminin üzərindədir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, virusun artacağı ilə bağlı narahatlıqlar əvvəlcədən var idi: “Bundan əvvəl bildirmişdik ki, virusun yayılmasının artması üçün şərait var. Yəni bizim bununla bağlı narahatlıqlarımız əsassız deyil. Səbəblər də bəllidir. Yumşalmalara gedilir, təmaslar artır, təhsil bərpa olunub. Gələn həftə "məhərrəmlik"dən sonra toylar da bərpa olunacaq. Bundan əlavə, havaların soyuması ilə insanların qapalı məkanlarda toplaşması halları artıb. Bütün bunlar virusun artmasına xidmət edir”.

T.Eyvazov əlavə edib ki, bunun qarşısını almaq üçün əsas amillərdən biri əhalinin vaksinasiya olunması və qaydalara düzgün riayət etməsidir.

Qeyd edək ki, örən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 013 yeni yoluxma faktı qeydə alınıb, 1 244 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6 625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir.

Paylaş:
400

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər