Son sutkada 1017 nəfər koronavirusa yoluxub – CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada 1017 nəfər koronavirusa yoluxub – CƏDVƏL

S.Xankişiyeva14:41 - 09 / 10 / 2021
Son sutkada 1017 nəfər koronavirusa yoluxub – CƏDVƏL

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6 654 nəfər vəfat edib. 12 513 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 679, bu günə qədər isə ümumilikdə 4 944 352 test icra olunub.

Paylaş:
410

Son xəbərlər

Bütün xəbərlər