Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb
![Sumqayıtda 29 yaşlı gənci qətlə yetirən şəxs saxlanılıb](/images/2021/10/11/20211011100331257/thumb.jpg?2021-10-11+10%3A04%3A35)
Sumqayıtda qətl törədən şəxs saxlanılıb.
Şəhər prokurorluğundan 1news.az-ın verilən məlumata görə, oktyabrın 10-u saat 04 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.