Bakıda Moldovanın “Milli Şərabçılıq Günü” qeyd edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Moldovanın “Milli Şərabçılıq Günü” qeyd edilib - FOTO

Qafar Ağayev14:00 - 09 / 10 / 2021
Bakıda Moldovanın “Milli Şərabçılıq Günü” qeyd edilib - FOTO

Ötən gün Bakıda Moldovanın "Milli Şərabçılıq Günü" qeyd edilib.


1news.az xəbər verir ki, tədbir Moldova Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Moldovanın "Cricova" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyinin təşkilatçılığı, "The Cheese restaurant"ən və "Qusardan" brendinin dəstəyi ilə həyata keçirilib.


Mərasimdə Moldovanin Azərbaycandakı səfirinin vəzifəsini müvəqqəti icra edən, eyni zamanda bu ölkənin Azərbaycandakı konsulu Nikolai Kojuxari, "Cricova" şərab kombinatının direktoru Denis Şova, satış və marketinq departamentinin rəhbəri Sergiu Teodorescu, həmçinin Avropanın Azərbaycanda akkreditasiya olunmuş səfirlər və səfirliklərinin əməkdaşları, media nümayəndələri iştirak edib.


Qonaqlara Moldovanın şərabçılıq ənənələri və "Milli Şərabçılıq Günü" ilə bağlı məlumat verən "Cricova" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Niyaməddin Mustafayev qeyd edib ki, bu bayram Azərbaycanda ilk dəfədir qeyd edilir. O, həmçinin ölkəmizdə Moldova şərablarına böyük marağın olduğunu qeyd edib.


Qeyd edək ki, 2001-ci ildən etibarən hər il oktyabrın 2-i Moldovada rəsmən "Milli Şərabçılıq Günü" bayramı kimi qeyd edilir. 3 000 ildən çox şərabçılıq ənənəsi olan rəsmi Kişinyov 2013-cü ildən Avropa İttifaqında tanınan şərabçılıq klassifikasiyasına layiq görülüb. Bu gün Avropanın 11 ən yaxşı şərab istehsalçısı arasında yer alan bu kiçik ölkənin 126 min hektardan çox ərazisi şərabçılıq üçün əkilən üzüm sahələridir.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər