Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir

S.Xankişiyeva16:06 - 12 / 10 / 2021
Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir

“Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur: “Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur. Çünki əhali istifadə olunan vaksinlər üçün hazırdır və onları məmnuniyyətlə qəbul edir”.

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər