Mahir Emreli koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mahir Emreli koronavirusa yoluxub

S.Xankişiyeva09:44 - 12 / 10 / 2021
Mahir Emreli koronavirusa yoluxub

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oyunöncəsi COVID-19 testi pozitiv nəticələnib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə AFFA məlumat yayıb.

UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək Serbiya - Azərbaycan görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər