Koronavirusa yoluxan uşaqları necə müalicə etmək olar? - Pediatrdan tövsiyə | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirusa yoluxan uşaqları necə müalicə etmək olar? - Pediatrdan tövsiyə

11:53 - 12 / 10 / 2021
Koronavirusa yoluxan uşaqları necə müalicə etmək olar? - Pediatrdan tövsiyə

“Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də sağlamlığımız üçün ən böyük təhlükə yarada biləcək xəstəlik təbii ki, koronavirus epidemiyasıdır”.

Bu sözləri 1news.az-a açıqlamasında pediatr Yalçın Mirzəyev bildirdi. 11 mart 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni koronavirus infeksiyası üçün (Coronavirus disease 2019) pandemiya elan etməsindən bəlli bir zaman keçsə də, həkim hələ də uşaqların koronavirus infeksiyasına yoluxması ilə bağlı məlumatın yetərli olmadığını və bu istiqamətdə araşdırmaların davam etdiyini bildirib:

“Bu günə kimi əldə etdiyimiz məlumatlardan birində odur ki, uşaqlarda bu epidemiyanın klinik əlamətləri böyüklərlə müqayisədə daha yüngüldür. Belə ki, 0-9 yaş arası uşaqlarda ölüm faktı nadir hallarda baş verir, 10-19 yaş arası uşaqlarda isə bu göstərici 0,2% təşkil edir. Bundan başqa deyim ki, ölkəmizdə uşaqlar arasında koronavirus infeksiyasının 0-9 yaş arası qruta 5%, 10-19 yaş arası qruta 19% təşkil edir”.

Uşaqlarda COVID-19 infeksiyası zamanı asimptomatik gediş ola biləcəyi kimi, hərarət, öskürək, boğazda ağrısı, diareya, halsızlıq, baş ağrısı, kimi qeyri-spesifik əlamətlərin də olduğunu deyən pediatr əlavə etdi ki, COVID-19 infeksiyasinin hazırkı dalğası uşaqlarda daha ağır əlamətlərlə özünü biruzə verir:

“Xüsusən şiddətli, iltihablı reakasiya nəticəsində kavasaki sindromunun klinik əlamətlərinə bənzər klinik tablonun sıxlığında artım olduğu müşahidə edilib. Eyni zamanda Covid19 infeksiyasından sonrakı dövrdə də klinik əlamətlərlə özünü biruzə verən multisistem iltihab sindromunun sıxlığında artım müşahidə edilib. Bütün bunlar deməyə əsas verir ki, qarşıdakı aylarda uşaqlarda COVID-19 infeksiyası ilə əlaqədar fəsad və risklər artma ehtimalı var”.

O ki qaldı koronavirusa yoluxan uşaqların peyvənlənməsi və böyüklər üçün istifadə edilən dərmanların uşaqlarda istifadəsinə, həkim mütəxəssis bildirdi ki, hələki bununla bağlı heç bir göstəriş yoxdur:

“Bilirsiniz, peyvəndlər və böyük insanlarda istifadə olunan koronavirus dərmanlarınnı uşaqlarda istifadəsi ilə əlaqədar məlumatlar hələki yetərli deyil. Ancaq ağır klinik əlamətlərdə uşağın ailəsindən də təsdiq imzası da alındıqdan sonra onlara COVID-19 dərmanları istifadə edilə bilər.Deyim ki, son zamanlar yeni araşdrımaların nəticəsinə və uşaqlarda bu virusun artma ehtimalına əsasən peyvəndləmə yaşı 12-yə endirildi. Onu da qeyd edim ki,xroniki xəstəliyi olan və immuniteti zəiflədən dərmanlar istifadə edilən uşaqlarada koronavirusa yoluxma riski daha çox yüksəkdir. Ola bilər ki, uşaqlar bu xəstəliyi əlamətsiz və ya adi qripdən də yüngül keçirsinlər. Sonrakı mərhələdə isə ağır fəsadların yaranması da qaçılmazdır. Bu səbəbdən də valideynlər öz uşaqlarında koronavirus infeksiyası ilə bağlı hər hansı bir şübhə hiss etdikdə mütləq şəkildə pediatrla məsləhətləşməlidirlər. Evdə həkim təyinatı olmadan heç bir dərman istifadə etmək olmaz. Çünki isbat edilməmiş dərman vasitələri xəstəliyin ağırlaşmasıda və ya digər orqanlar üçün əlavə təsirə səbəb ola bilər”.

Paylaş:
393

Son xəbərlər

Bütün xəbərlər