Əhməd İsmayılov: “Media haqqında qanun yekunlaşmaq üzrədir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Əhməd İsmayılov: “Media haqqında qanun yekunlaşmaq üzrədir”

S.Xankişiyeva16:08 - 13 / 10 / 2021
Əhməd İsmayılov: “Media haqqında qanun yekunlaşmaq üzrədir”

"Media haqqındaa yeni qanun layihəsi artıq yekunlaşmaq üzrədir" .

1news.az xəbər ki, bunu Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib ki, hazırlanan yeni qanun layihəsi aidiyyəti üzrə təqdim ediləcək.

"Mediada sahə üzrə ixtisaslaşma prioritet məsələlərdəndir" - deyə, Ə. İsmayılov sözlərinə əlavə edib.

Ə.İsmayılov, həmçinin bildirib ki, Azərbaycanın tarixi zəfəri regionda yeni reallıq yaradıb: "Yaranan yeni reallığın dünya ictimaiyyətinə çatdırılması medianın üzərinə düşür"

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər