Paytaxt məktəblərində payız-qış mövsümünə hazırlıq tədbirlərinə başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt məktəblərində payız-qış mövsümünə hazırlıq tədbirlərinə başlanılıb - FOTO

Qafar Ağayev11:59 - 13 / 10 / 2021
Paytaxt məktəblərində payız-qış mövsümünə hazırlıq tədbirlərinə başlanılıb - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq tədbirlərinə başlanılıb.

BŞTİ-dən 1news.az-a verilən məlumata görə, təhsil müəssisələrinin dam örtükləri, pəncərə şüşələri və giriş qapılarının vəziyyəti yoxlanılır, təminat resurslarından səmərəli istifadə edilməsi üçün tədbirlər görülür.

BŞTİ tərəfindən təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb. Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilir.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir.

Məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında müəyyənləşdirilən çatışmazlıqlar aidiyyəti qurumlara təqdim edilir.

Paylaş:
401

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər