Bu günə qədər 357 yeniyetmə vaksinasiya olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günə qədər 357 yeniyetmə vaksinasiya olunub

S.Xankişiyeva14:14 - 14 / 10 / 2021
Bu günə qədər 357 yeniyetmə vaksinasiya olunub

Bu günə qədər 357 yeniyetmə koronavirusa qarşı vaksinasiya olunub.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb:

"Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər".

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarına əsasən ötən həftədən 12-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulur.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər