Yoldaşı və qardaşı Elnur Əşrəfoğluna baş çəkib - Jurnalistin SON DURUMU | 1news.az | Xəbərlər
Cəmiyyət

Yoldaşı və qardaşı Elnur Əşrəfoğluna baş çəkib - Jurnalistin SON DURUMU

15:14 - 14 / 10 / 2021
Yoldaşı və qardaşı Elnur Əşrəfoğluna baş çəkib - Jurnalistin SON DURUMU

Tanınmış jurnalist Elnur Əşrəfoğlu kritik dönəmi geridə qoyub.

1news.az xəbər verir ki, bu barədə modern.az-a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.

İ.Şükürova deyib ki, intensiv terapeya müddətində həyat yoldaşını daim yatırdıblır:

"ECMO-dan sonrakı iki sutka ən kritik günlər idi. Onu geridə qoyduq. Amma qanaxmaları tam dayanmır ki, bədəni toparlansın. Burun-boğaz, mədə-bağırsaqda qanaxmalar azalsa da, tam dayanmayıb. Həkimlər əlindən gələni edir. Əlimizdən gələn sadəcə dua etməkdir".

Xanımı xəstəxana şəraitində Elnur Əşrəfoğlunu qısamüddətli də olsa, görə bildiyini deyib.

Qardaşı Rəşad Şükürov da saytımıza açıqlamasında Elnur Əşrəfoğlu ilə bağlı həkimlərin əlindən gələni etdiklərini deyib:

"Bir dəfə qardaşımı görə bilmişəm. Ümumi vəziyyəti ağır, stabil olaraq qalır".

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan jurnalistin vəziyyəti ağır olduğundan ECMO cihazına qoşulmuşdu. ECMO-ya bağlı qanaxma yenidən başladığından oktyabrın 11-də cihazdan ayrılıb.

1news.az

Paylaş:
64

Son xəbərlər

IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb - FOTO16 / 10 / 2021, 20:46Maliyyə Nazirliyi əməkhaqları, pensiya və müavinətlərin artırılmasının büdcədə əks etdirilməsi üçün işlərə başlayıb16 / 10 / 2021, 18:0029 il əvvəl məcburən tərk etdikləri evlərini tapdılar... – “Biz qayıtdıq” – VİDEO16 / 10 / 2021, 17:33Azərbaycan və Ukrayna parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib – FOTO16 / 10 / 2021, 17:11Azərbaycanda koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb16 / 10 / 2021, 16:37Bu günün statistikası: 1681 nəfər COVID-19-a yoluxub16 / 10 / 2021, 16:31Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək – Nazirlik16 / 10 / 2021, 15:52Nazirlər Kabineti maaş və pensiyaların artılıması üçün təkliflər hazırlamağa başlayıb16 / 10 / 2021, 15:45Tərtərdə “Smerç”lə dağıdılan ev açıq havada muzey kimi saxlanılacaq – FOTO16 / 10 / 2021, 15:41Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH16 / 10 / 2021, 15:32Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM16 / 10 / 2021, 15:14NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək16 / 10 / 2021, 14:51Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM16 / 10 / 2021, 14:47Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi16 / 10 / 2021, 14:36Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verib – SİYAHI16 / 10 / 2021, 14:14Enerji içkilərinin orqanizmə zərərləri – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO16 / 10 / 2021, 14:01Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək16 / 10 / 2021, 13:49AZAL, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni” və “BakuBus”-un fəaliyyətinin diaqnostikası aparılıb - FOTO16 / 10 / 2021, 13:17Qarabağda aparılan monitorinqin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub16 / 10 / 2021, 13:12Füzuli Hava Limanı beynəlxalq uçuşlar üçün açıqdır - AZAL16 / 10 / 2021, 13:07
Bütün xəbərlər

Next TV