Bu günün statistikası: 1448 nəfər COVID-19-a yoluxub – CƏDVƏL | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 1448 nəfər COVID-19-a yoluxub – CƏDVƏL

S.Xankişiyeva16:40 - 14 / 10 / 2021
Bu günün statistikası: 1448 nəfər COVID-19-a yoluxub – CƏDVƏL

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, ötən müddət ərzində isə ümumilikdə 4 989 627 test aparılıb.

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər