Səhiyyə Nazirliyi: 1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur, xəstəliyi ağır keçirir | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: 1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur, xəstəliyi ağır keçirir

16:41 - 15 / 10 / 2021
Səhiyyə Nazirliyi: 1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur, xəstəliyi ağır keçirir

“1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur və xəstəliyi ağır keçirirlər”.

1news.az-nı APA-ya istinadən verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib.

O bildirib ki, körpələrdə bu xəstəlik daha çox tənəffüs çatışmazlığı ilə müşahidə olunur: “Bəzən tənəffüs çatışmazlığı o qədər ağır olur ki, həmin körpələr süni tənəffüs aparatına qoşulur. COVID-i keçirəndən 2-6 həftə sonra bəzi uşaqlarda ağır iltihabi bir proses başlaya və ürək, böyrək, ağciyərləri tuta bilir. Bu da virusun fəsadı ilə bağlıdır”.

1news.az

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər