Orta ixtisas təhsili müəssisələrində dərs deyən alimlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Orta ixtisas təhsili müəssisələrində dərs deyən alimlərin sayı açıqlanıb

Qafar Ağayev17:14 - 15 / 10 / 2021
Orta ixtisas təhsili müəssisələrində dərs deyən alimlərin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində tədris ilinin əvvəlinə 6 min 111 müəllim çalışıb. Onların 4 min 761 nəfəri qadındır.

1news.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” adlı məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində işləyənlərin 11-i elmlər doktoru, 106 nəfər isə fəlsəfə doktorudur. Həmçinin dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində dərs deyən müəllimlərdən 6-sı professor, 23 nəfər isə dosentdir.

Paylaş:
574

Son xəbərlər

Bütün xəbərlər