“Azəriqaz”a ən çox hansı məsələ ilə bağlı şikayət daxil olur? - Direktordan açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz”a ən çox hansı məsələ ilə bağlı şikayət daxil olur? - Direktordan açıqlama

Qafar Ağayev17:41 - 15 / 10 / 2021
“Azəriqaz”a ən çox hansı məsələ ilə bağlı şikayət daxil olur? - Direktordan açıqlama

"Azəriqaz" İstehsalat Birliyi quruma qaz problemi ilə bağlı daxil olan şikayətləri açıqlayıb.

1news.az-ın məlumatına görə, qurumun baş direktoru Ruslan Əliyev deyib ki, müraciətlər müxtəlif olur: "Quruma qazın təzyiqi ilə bağlı müraciətlər daxil olur. Bu, əsasən qış aylarında baş verir. Ən çox şikayətlər isə massivlərin qazlaşması ilə bağlıdır. Vətəndaşlar hansısa bir ərazinin qazlaşmasına dəstək olmağımızı istəyirlər. Bununla bağlı biz ardıcıl tədbirlər görürük və qaz olmayan ərazilərin qazlaşdırılması üçün mütəmadi tədbirlər görülür. Bildirim ki, bu ildən etibarən yaşayış massivlərinin qazlaşdırılma xərcləri SOCAR-ın vəsaiti hesabına həyata keçirilir ki, biz də həmin layihələri icra edirik".

R.Əliyev qeyd edib ki, əsasən daşıyıcı kəmərlər yaxın olan ərazilərin qazlaşdırılması həyata keçirilir: "Çünki həmin ərazilərdə qazlaşmaya daha az vəsait sərf edilir. Həmin kəmərlərə yaxın olan ərazilər müəyyən edilir və massiv qazlaşdırılır. Daha böyük vəsait tələb edən ərazilərin qazlaşdırılmasını da aparırıq, amma bu ərazilər böyük vəsait və çox vaxt tələb edir".

Baş direktor əlavə edib ki, şəhid və qazi ailələrinin mənzillərinin qazlaşdırılması isə tam təmənnasız həyata keçirilir.

Paylaş:
419

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər