Media haqqında qanuna son dəyişikliklər – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Media haqqında qanuna son dəyişikliklər – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

S.Xankişiyeva09:25 - 15 / 10 / 2021
Media haqqında qanuna son dəyişikliklər – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Son illər medianın əhatə dairəsi həddindən artıq genişlənib. İndiyədək qüvvədə olan "Kütləvi informasiya vasitələri" haqqında qanun artıq zamanın və texnologiyaların sürətindən xeyli geri qalır.

İndi internetin inkişafı, onlayn medianın yaranması, audiovizual medianın ortaya çıxması və bu istiqamətdə sürətlə gedən proseslər "Media haqqında" yeni qanunun vacibliyini şərtləndirdi.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Media haqqında qanuna son dəyişikliklər” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Medianın İnkişafı Agentliyinin hüquü və insan resurslarının idarə edilməsi departamentinin direktoru Rəqsanə Kərimova, Medianın İnkişafı Agentliyinin media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Fazil Novruzov və BSU-nun dosenti, müstəqil jurnalist Mübariz Əhmədov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər