“Elm sahəsində plagiat baş alıb gedir” - Fazil Mustafa | 1news.az | Xəbərlər
Cəmiyyət

“Elm sahəsində plagiat baş alıb gedir” - Fazil Mustafa

13:34 - 15 / 10 / 2021
“Elm sahəsində plagiat baş alıb gedir” - Fazil Mustafa

“Ali Attestasiya Komissiyası tərəfindən bir nəfərin elmi işi plagiat olduğu üçün ləğv olunur”.

1news.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin deputatı Fazil Mustafa deyib.
Deputat bildirib ki, bu gün elm sahəsində plagiat baş alıb gedir: “Bu məlumat daha geniş olsa, yaxşı olardı. Yəni kimin adamı idi, yaxud kimsəsiz idimi?!”.

Deputat qeyd edib ki, məmurların qorunması məsələsinə diqqət yetirməliyik: “Yeni rəhbər gələn kimi əvvəlki işçiləri çıxarırlar. Bütün sahələrdə bu problem var. Bu problemi təcili olaraq ortadan qaldırmalıyıq”.

1news.az

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər