Enerji içkilərinin orqanizmə zərərləri – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO
Enerji içkiləri son zamanların “kəşfidir”, onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir.
Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirmək olar.
İstehsalçılar vurğulayır ki, onların istehsal etdiyi içkilər ancaq fayda verir və içkilər daima təkmilləşdirilir, yeni çeşidlər buraxılır. Sual yaranır: əgər hər şey belə “sağlam” və düzgündürsə, nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır?
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Enerji içkilərinin orqanizmə zərərləri” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova, AQTA-nın şöbə müdiri Ramazan Nəbiyev və Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: