20 nömrəli məktəb-lisey distant tədrisə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

20 nömrəli məktəb-lisey distant tədrisə keçib

Qafar Ağayev13:32 - 18 / 10 / 2021
20 nömrəli məktəb-lisey distant tədrisə keçib

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az xəbər verir ki, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər