Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb

Qafar Ağayev17:09 - 18 / 10 / 2021
Bərdədə törədilən qətlin istintaqı yekunlaşıb

Xəbər verildiyi kimi, 27.06.2021-ci il tarixdə Bərdə rayonu, İmirli kənd sakini Toğrul Abdullayevin rayon ərazisində öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bərdə Rayon Prokurorluğundan 1news.az-a bildirilib ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölmüşdür.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Musayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
396

Son xəbərlər

Bütün xəbərlər