Şəhid zabitimiz Tərlan Gülüşov Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid zabitimiz Tərlan Gülüşov Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

17:53 - 18 / 10 / 2021
Şəhid zabitimiz Tərlan Gülüşov Vətən müharibəsində böyük şücaət göstərib - VİDEO

Salyanda Azərbaycan Ordusunun baş leytenantı, şəhidimiz Tərlan Gülüşovun xatirəsinə həsr edilmiş şəhidlər kompleksinin və bulağının açılışı olub.

1news.az Xezerxeber.az-a istinadən xəbər verir ki, tədbir şəhid leytenantın doğum günündə reallaşıb.

"Xalac Şəhidləri " adlı abidə komleksində leytenant Tərlan Gülüşovla yanaşı birinci və ikinci Qarabağ müharibələrində iştirak edən, Xalac kəndində doğulmuş qəhrəman şəhidlərin xatirəsi əbədiləşdirilib. Doğum günü tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə rayon ziyalıları və şəhidin müəllimləri çıxış edərək bildiriblər ki, işğal altında olan topaqlarımızın azad edilməsində igidliklə döyüşən Tərlanın artilleriya komandiri kimi düşmən mövqeylərinin məhv edilməsində xüsusi xidmətləri olub.

Tərlan Gülüşov Qarabağ müharibəsində gedən döyüşlərə Füzuli istiqamətindən qatılıb. Oktyabrın 22 -də Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

1news.az

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər