“Qapanmalar təhsildə axsamalara gətirib çıxara bilər” - Deputat | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qapanmalar təhsildə axsamalara gətirib çıxara bilər” - Deputat

Qafar Ağayev17:39 - 19 / 10 / 2021
“Qapanmalar təhsildə axsamalara gətirib çıxara bilər” - Deputat

Azərbaycanda son günlər koronavirusa yoluxma sayında artım müşahidə olunur.

Xüsusilə də təhsil müəssisələrində əyani dərslərə start veriləndən sonra yoluxanların sayı artır. Təhsil müəssilərində COVID-19 virusuna yoluxanlar olduqda isə, bəzən siniflər karantinə alınır, bəzən isə ümumilikdə məktəb karantinə alınaraq dərslər distant formada davam etdirilir. Ümumilikdə isə Azərbaycanda təhsil müəssisələrində Yoluxmanın daha da artmaması üçün atılan bu qabaqlayıcı tədbirlər cəmiyyətdə heç də birtərəfli qəbul olunmur. Bəzi valideynlər distant təhsilin tərəfdarı olsa da, bəziləri bunun övladlarının təhsil səviyyəsinə mənfi təsir etdiyini əsas gətirərək, təhsilin əyani şəkildə davam etməsini istəyirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda distant təhsilin inkişafı üçün addımlar atılsa da, yetərli deyil. Uzaqdan təhsil heç də əyani təhsil kimi effektiv olmur.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, sentyabr ayının 22-dən başlayaraq Azərbaycanda ümumtəhsil məktəblərində ənənəvi dərslərin başlanmasına start verildi.

“Mərhələli şəkildə yuxarı siniflər, daha sonra isə ali məktəblər və kolleclərdə ənənəvi təhsilə başlanıldı. Ötən müddət ərzində pandemiyaya yoluxma halları qeydə alınsa da lokal şəkildə siniflərin bağlanması, siniflərin tələbələrinə, şagirdlərinə tətbiq edilmək şərtilə distant təhsilə keçildi. Ancaq ümumilikdə Azərbaycan məktəblərinə, ali təhsil müəssisələrində ənənəvi formada dərslərin keçirilməsi davam etdirilir. Mən düşünürəm ki, havalar soyuduqca, yoluxma hallarında artım müşahidə edilə bilər".

"Ancaq təkrar qapanmalar təhsildə müəyyən axsamalara gətirib çıxara bilər, əlavə problemlərlə qarşılaşa bilərik" - deyə, N.Həmzəyev əlavə edib:

"Bu baxımdan təhsil müəssisələrində distant təhsilə keçilməsi məsələsi problemin həlli yolu ola bilməz. Biz bacardığımız qədər çalışmalıyıq ki, bütün təhsil işçilərinin vaksinasiya edilməsinə nail olaq, hətta mümkündürsə, bizim təhsil işçilərimiz və digər vətəndaşlarımız 3-cü doza vaksini də vurdursunlar. Belə olan halda yoluxma ehtimalı tamamilə aşağı düşər. Həmçinin bizim orta məktəblərdəki şagirdlərimizin immunitetinin yaxşılaşdırılması üçün idman dərslərinin keçirilməsinə xüsusilə üstünlük verilməlidir. Sağlam həyat tərzinin təbliği çox vacibdir. Böyük şəhərlərdə idman dərslərinin keçirilməsinə nəzarət olsa da, ancaq mərkəzdənkənar, rayon yerlərində çox təəssüflər olsun ki, idman dərsləri başqa dərslərlə əvəzlənir və yaxud idman dərslərinin keçirilməsinə ciddi yanaşılmır. Düşünürəm ki, idman dərslərinin keçirilməsinə çox böyük önəm vermək lazımdır”.

Deputat bildirib ki, şagirdlərin, tələbələrin ənənəvi təhsilə davam etmələri üçün alternativ yollar tapılmalıdır. "Vətəndaşlarımız da pandemiya ilə mübarizədə dövlətin, hökumətin həyata keçirdiyi işlərə dəstək olsunlar”.

Paylaş:
490

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər