Qızını məktəbə aparmaq üçün hər gün çiyninə alıb çaydan keçirirdi, ordumuz köməyə çatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qızını məktəbə aparmaq üçün hər gün çiyninə alıb çaydan keçirirdi, ordumuz köməyə çatdı - FOTO

Qafar Ağayev09:35 - 19 / 10 / 2021
Qızını məktəbə aparmaq üçün hər gün çiyninə alıb çaydan keçirirdi, ordumuz köməyə çatdı - FOTO

Astara rayonunun Miki kəndində övladını məktəbə aparıb-gətirmək üçün hər gün ayaqyalın çaya girən kənd sakini Fuad Salayevin bu problemi həll olunub.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, artıq həmin çayın üzərində körpü çəkilib.

Bu, Azərbaycan Ordusunun mühəndis istehkamçılarının dəstəyi ilə baş verib. Belə ki, çayın üzərində körpü funksiyasını yerinə yetirən həm şəxsi heyət, həm də hərbi texnikanın hərəkəti üçün nəzərdə tutulmuş keçid quraşdırılıb.

Qeyd edək ki, buna qədər qızını çiynində məktəbə aparıb-gətirməli olan Fuad Salayevin özü də Miki kənd orta məktəbində texnologiya müəllimi işləyir. O, bu problemlə 2006-cı ildən çayın kənarındakı evə köçdüyü gündən üzləşib.

Kənd müəllimi bir neçə gün öncə “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, dəfələrlə Astara Rayon İcra Hakimiyyətinə qəbula getsəm də, karantin dövrü olduğunu əsas gətirərək icra başçısı ilə görüşə şərait yaradılmayıb. İcra Hakimiyyəti problemi bələdiyyənin üstünə atıb. Bələdiyyədən də büdcədə pul olmadığını bildiriblər.

“Mənim özümün burada körpü tikməyə imkanım yoxdur. Çayın aşağı keçidində ancaq mənim evim var, yuxarı keçiddə isə eyni vəziyyətdə olan 7 ailə var”, - deyə F.Salayev bildirmişdi.

Problemlə bağlı Miki kəndinin də daxil olduğu Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev isə həmin çay üzərində körpünün inşası üçün təxminən 1000 manata yaxın vəsait lazım olduğunu bildirmişdi.

“Bələdiyyənin isə büdcəsində bu tikinti ilə bağlı vəsait yoxdur”, - R.Dədəyev bildirmişdi.

Paylaş:
567

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər