BDU-da bir neçə qrup distant təhsilə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU-da bir neçə qrup distant təhsilə keçib

S.Xankişiyeva14:57 - 20 / 10 / 2021
BDU-da bir neçə qrup distant təhsilə keçib

Bakı Dövlət Universitetində (BDU) təhsilalanlar arasında hər qrupda bir nəfərdə COVID-19 virusu aşkarlandığı üçün 7 müxtəlif qrupun bütün dərsləri 14 gün müddətinə onlayn formaya keçirilib.

Bu barədə 1news.az-a BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib.

O bildirib ki, 2021/2022-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin (BDU) bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada - mühazirələr həftədə iki gün olmaqla "BLACKBOARD" elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur:

“Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir. BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunmuş müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”

Qeyd edək ki, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Qaydalara uyğun olaraq, 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb edilir. Auditoriyaların tutumundan asılı olaraq isə dərslər növbəli təşkil olunur.

Paylaş:
376

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər