Şəhid məzarı başında anıldı - VİDEO

44 günlük Vətən müharibəsində tarix yazan,ölümü ilə ölümsüzlüyə qovuşan şəhid Səddam Bayramov haqqında danışacağıq.
Şəhidimizin anım günü ilə bağlı ailə üzvləri, rayon icra hakimiyyəti nümayəndələri, döyüş yoldaşları onun məzarını ziyarət ediblər. Anım günü tədbirində şəhidimizin göstərdiyi şücaət, vətən qarşısında xidmətləri haqqında məlumat verilib, ruhuna dualar oxunub.
O,2019-cu ildə Əliheydər Məmmədov adına tam orta məktəbi bitirib. Səddam haqqında danışan həmkəndliləri deyir ki, o, hələ uşaq yaşlarından həmyaşıdlarından bir çox xüsusiyyətləri ilə fərqlənib. Səddam hərbi xidmətə getməyidə səbrsizliklə gözləyirdi. O,2020-ci ilin yanvarın 29-da 18 yaşı tamam olan gün hərbi xidmətə yollanıb. Səddam cəbhə bölgəsində böyüyən digər uşaqlar kimi işğal altında olan torpaqlarımıza daim maraq göstərib. Bəlkədə elə bu maraq Səddamın qısa ömründə onu daim izləyib.
Atası ilə söhbətimiz zamanı o qeyd etdi ki, Səddam ön xətdə qulluq etmək istəyirdi. Tərtərdə xidmət etdiyi"N"saylı hərbi hissədə düşmən postunun 49 metrliyində qulluq edib. 2020-ci ilin sentyabrında mənfur düşmənlərimizin hücumu zamanı əks-hücum əməliyyatına başlayan ordumuzun əsgəri olan Bayramov Səddam elə ilk gündən döyüşdə göstərdiyi İgidliklərlə komandirinin və döyüş yoldaşlarının diqqətin cəlb edib. 27 sentyabrdan 15 oktyabradək Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə iştirak edib və Suqovuşanın düşmən tapdağından azad edən qəhrəmanlarımızdan biri kimi adını tarixə yazıb.
Şəhidimizin döyüş yoldaşları onu qorxmaz, ölümün gözünə dik baxan igid kimi xarakterizə edirlər. Döyüşlərdə öndə gedənlərdən olub, atasının dediyinə görə Səddamın son sözü "komandir, tülkülər yuvadadır"olub.
Oktyabrın 15-dən 16-na keçən gecə döyüşlərdə onlarla ermənini məhv edən Səddam yaralı əsgər yoldaşlarını və komandirni döyüş bölgəsindən çıxararkən snayperlə vurularaq şəhidlik zirvəsinə ucalıb.
İgidliyi və cəsurluğu ilə adını Vətən tariximizin şanlı səhifəsinə yazan Bayramov Səddam Ələddin oğlu ölümündən sonra-iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə"Vətən uğrunda"medalı ilə təltif edilmişdir.
1news.az Real TV-yə istinadla videomaterialı təqdim edir:
1news.az