Ticarət və xidmət sahələrində təhlükəsizlik qaydaları – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO
Əmək müəssislərində təhlükəsizlik qaydalarına dair təlimatın keçirilməsi mütləqdir.
Müəssisədə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, xüsusilə də istehsalatın təhlükəsizlik dərəcəsindən, xarakterindən və işçilərin hazırki peşələri və dərəcələrindən asılı olmayaraq bütün sahələrdə işçilərə təhlükəsizlik qaydalarını aşılamaq, işçilərə təhlükəsiz iş metodları üzrə təlimatları təlqin etmək lazımdır.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Ticarət və xidmət sahələrində təhlükəsizlik qaydaları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Aqşin kazımov və vəkillər kollegiyasının üzvü Namiq Bağırov mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: