Zəngilanda düşmənin atıb qaçdığı xeyli sayda silah-sursat aşkar edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilanda düşmənin atıb qaçdığı xeyli sayda silah-sursat aşkar edilib - FOTO

10:41 - 20 / 10 / 2021
Zəngilanda düşmənin atıb qaçdığı xeyli sayda silah-sursat aşkar edilib - FOTO

Zəngilanda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlərlə Vətən müharibəsi zamanı düşmənin atıb qaçdığı 7 avtomat, 3 pulemyot, 2 qumbaraatan, 42 əl qumbarası, 7 mina və müxtəlif partlayıcı vasitələr, xeyli sayda müxtəlif çaplı mərmi və 60 minə yaxın güllə aşkar edilərək götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitmiş çəkisi 450 kiloqram olan 1810 ədəd çətənə bitkiləri yığılaraq məhv edilib.

1news.az

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər