DİN iki azyaşlının göbələkdən zəhərlənərək ölməsi barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) 2 uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı məlumat yayıb.
1news.az-ın xəbərinə görə, DİN-in açıqladığı məlumatda bildirilib ki, otyabrın 19-da saat 20 radələrində Qax rayonunun Tasmalı kəndində yaşayan Mübariz Qasımov, oğlu - 12 yaşlı Murad və qardaşı oğlu - 9 yaşlı İbrahimxəlil Qasımzadə qidadan (göbələk) zəhərlənmə ilə xəstəxanaya aparılıb.
Murad və İ.Qasımzadə orada ölüb, M.Qasımovun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
1news.az
379