Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA

16:41 - 21 / 10 / 2021
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 005 yeni yoluxma faktı qeydə alınıb, 1 011 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 509 862 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 481 696 nəfər müalicə olunaraq sağalıb, 6 829 nəfər vəfat edib, aktiv xəstə sayı 21337 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 533, ötən müddət ərzində isə ümumilikdə 5 069 352 test aparılıb.

1news.az

Paylaş:
898

Son xəbərlər

Bütün xəbərlər