Fermadan oğurluq edən Astara sakini saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fermadan oğurluq edən Astara sakini saxlanılıb - FOTO

11:45 - 21 / 10 / 2021
Fermadan oğurluq edən Astara sakini saxlanılıb - FOTO

Fermadan oğurluq edən Astara sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, Astara rayonunun Qamışlı kəndində yerləşən fermadan ümumi dəyəri 3800 manat olan müşahidə kameraları, soyuducuya aid motor və radiatorların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. Oğurladığı əşyalar onun saxladığı yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər