Ötən gün 119 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 119 nəfər toya buraxılmayıb

12:14 - 21 / 10 / 2021
Ötən gün 119 nəfər toya buraxılmayıb

Oktyabrın 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, monitorinq 58 şadlıq sarayında, 7 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139.1.1-ci(Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

1news.az

Paylaş:
300

Son xəbərlər

Bütün xəbərlər