DİN-dən şəhid xanımının öldüyü qəza ilə bağlı açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-dən şəhid xanımının öldüyü qəza ilə bağlı açıqlama

Qafar Ağayev13:29 - 22 / 10 / 2021
DİN-dən şəhid xanımının öldüyü qəza ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) şəhid mayor Rəhim Hüseynovun həyat yoldaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Rəsmi məlumata görə, Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, G. Ələsgərova Vətən Müharibəsində şəhid olan Zərdab rayonu, Gəlmə kənd sakini mayor Rəhim Hüseynovun həyat yoldaşı olub. Onların 3 azyaşlı övladı qalıb.

Paylaş:
969

Son xəbərlər

Bütün xəbərlər