Peyvəndləmənin yeni növ mutasiyaya təsiri varmı? - RƏSMİ AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Peyvəndləmənin yeni növ mutasiyaya təsiri varmı? - RƏSMİ AÇIQLAMA

13:55 - 22 / 10 / 2021
Peyvəndləmənin yeni növ mutasiyaya təsiri varmı? - RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, ölkəmizdə Covid-19 virusuna yoluxma yenidən 2000-ni üstələdi. Bu azmış kimi virusun yeni mutasiyası - AY.4.2( eyvay) sürətli şəkildə yayılmağa başlayıb.

1news.az-ın məlumatına görə ekspertlər deyir ki, koronavirusun bu növü "delta" ştamı ilə müqayisədə daha çox yoluxdurur. Sürətli şəkildə yayılan bu mutasiyada bir şəxs bir neçə saniyədə 10 nəfərə yaxın adamı yoluxdurur. Ölkəmizdə ciddi şəkildə peyvəndləmə aparılsa da, virusa yoluxma artan dinamika ilə inkişaf etməkdədir. Hətta yoluxanların sayı sağalanların sayından üstündür. Belə olan halda da mütəxəssislər həyəcan təbili çalır.

Məsələyə münasibət bildirən baş infeksionst Təyyar Eyvazov 1news.az-a açıqlamasında qeyd etdi ki, mövcud vəziyyət 3-cü doza vaksinin sürətləndirilməsini zəruri edir:

“Peyvəndləmə virusa qalib gəlmə yolunda növbəti addımdır. Xəstəlik keçirən insanlarda və ya iki dəfə vaksin olunan şəxslərdə bir müddət sonra qanda virusa qarşı qoruyucu anticismlərin sayı azalır. Bu, sağlam və xəstə insalarda fərqlidir. Yəni yaş və vaxt faktorları fərqli olur. İmmunitetin ilkin olaraq əmələ gəlməsi və onun davam etmə müddəti fərqlidir. Amma vaksin olunmaq mütləqdir. Müşahidələrimiz göstərir ki, vaksin xəstəliyin ağırlaşmasının qarşısını alır”.

Baş infeksionist onu da qeyd etdi ki, hazırda mövsümlə əlaqədar olaraq qrip xəstəliklərinin sayı da artıb:

"Koronavirus infeksiyasına yoluxan şəxslər bunun adi qrip olduğunu düşünüb məsuliyyətsiz davranırlar. İctimai nəqliyyatdan istifadə edib dükan və marketlərə daxil olurlar. Çölə çıxmaqla ətraf aləmlə birbaşa təmasda olurlar. Bu da təbii ki, virusun yayılma riskini daha da artırır.

Koronavirusun əlamətləri digər qrip xəstəliklərinin əlamətləri ilə demək olar ki, oxşardır. İstənilən halda hansısa şəxsdə bu əlamətlər varsa, mütləq koronavirus testi verməli və təcrid olunaraq müalicə almalıdır. Onu da deyim ki, insanlar təcrid olunmaqdan qorxmamalıdırlar. Çünki Covid-19-dan qorunmaq qaydaları eyni ilə qrip, zökəm kimi xəstəliklərdən qorunmaq kimidir”.

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov da deyir ki, bundan sonrakı mərhələrədə də yeni mutasiyaların olması qaçılmazdır:

“Hazırkı mutasıyaya “Covid-19" virusunun mutasiya edilmiş forması olan "Delta plyus" ştamı deyilir, yəni " ikiqat mutasiya. İkiqat mutasiyada virus daha tez yayılır və orqanizmdə anticismlərə qarşı müəyyən rezisdentlik göstərir. Növbəti mutasiyaların olması da qaçımazdır. Çünki "Covid-19" virusları mutasiyaya meyillidirlər. Hazırda sürətlə yayılan xəstəliyin daha çox uşaqlarda müşahidə olunması və xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır. Deyim ki, bu barədə təsdiqlənmiş elmi məlumat olmasa da, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Xüsusilə vurğulamq istəyirəm ki, ekspertlər belə bir qənaətə gəliblər ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "Delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır".

Hər halda ehtiyatlı olmalı və sevdiklərimizi qorumaq naminə ilk öncə özümümzü qorumalı və qaydalara əməl etməliyik. Unutmayaq ki, biz təkcə koronavirusla deyil, paralel olaraq onun mutasiyaya uğrayan ağır növləri ilə də mübarizə aparırıq. Gözə görünməyən düşmənlə müharibədə qələbə qazanmağımız üçün peyvənd olunmağımız da vacib məsələlərdən biridir.

Aytən Sakitqızı

Paylaş:
326

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər