Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb – FOTO

S.Xankişiyeva14:18 - 22 / 10 / 2021
Şəhid general Polad Həşimov “Avrasiyaya Hizmət Ödülü”nə layiq görülüb – FOTO

Təcavüzkar Ermənistanın ötən il Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlar nəticəsində şəhid olan general Polad Həşimov Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən “Avrasiya Xidmət Ödülü”nə layiq görülüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, mükafat Ankarada baş tutan təltifetmə mərasimində şəhid generalın anası Səmayə Həşimovaya təqdim olunub.

Mükafatı Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Ankara valisi Vasip Şahin və “EkoAvrasiya”nın təmsilçisi, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç təqdim ediblər.

Mərasimdə çıxış edən “EkoAvrasiya”nın rəhbəri Hikmət Eren başçılıq etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib ki, dərnəyin əsas fəaliyyəti türk dünyası və Avrasiya ölkələri arasındakı iqtisadi, mədəni və sosial əlaqələri gücləndirmək və bu münasibətlərin inkişafına kömək etməkdir.

Çıxışında “Avrasiya Hizmət Ödülü”nün Səmayə Həşimovaya təqdim etməkdən qürur duyduqlarını deyən Hikmət Eren şəhidin ailəsinin də belə bir mükafatı məmnuniyyətlə qarşıladığını vurğulayıb və buna görə şəhid generalın anasına təşəkkürünü ifadə edib.

Paylaş:
456

Son xəbərlər

“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31
Bütün xəbərlər