Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTO

17:36 - 22 / 10 / 2021
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTO

21-22 oktyabrda Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə mediatur keçirilib.

1news.az xəbər verir ki, mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.

Mediaturda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naxçıvanın turizm potensialının və tarixi-mədəni irsinin beynəlxalq və regional miqyasda tanıdılmasının iqtisadi və strateji əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə fəaliyyətlərin davam etdirildiyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov Dövlət Turizm Agentliyi ilə birgə Muxtar Respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Fəaliyyət Planının hazırlandığını bildirib.

O, fəaliyyət planının əsas məqsədinin müxtəlif növ turizm məhsullarının hazırlanması, infrastrukturun inkişaf etdirilməsi ilə NMR-a gələn xarici və yerli turistlərin sayında artıma nail olmaq olduğunu deyib.

Naxçıvanın yay və qış turizm imkanlarının zəngin olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bölgənin eko, təbiət, qastronomik, mədəni, sağlamlıq turizminin inkişafı üçün geniş resurslara malik olduğunu vurğulayıb.

O, Naxçıvanın hədəf bazarlarda turizm destinasiyası kimi təbliğ etməyin və beynəlxalq bazarlarla hava əlaqəsini yaxşılaşdırmağın qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən mediatur çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Səfər zamanı media nümayəndələri Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılıblar.

Mediatur iştirakçıları “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı, "Badamlı" sularının istehsal prosesi ilə yaxından tanış olublar.

Səfər çərçivəsində KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

1news.az

Paylaş:
148

Son xəbərlər

Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldıBu gün, 16:41Bakıda NATO-nun təlim kursu keçirilibBu gün, 16:32Bakının məşhur gecə klubunda qızın damarlarını doğraması hadisəsinin ANBAAN VİDEOsuBu gün, 16:19Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşübBu gün, 16:15Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulurBu gün, 16:12Nazir: “Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb”Bu gün, 16:04Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılırBu gün, 16:02Nazir: “Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlamışıq"Bu gün, 15:57Yol polisi əlillərlə bağlı sürücülərə müraciət etdiBu gün, 15:32Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb - FOTO - VİDEOBu gün, 15:15Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib - MNBu gün, 15:11Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib – FOTOBu gün, 15:01“Mavi Ürəklər” xor qrupu “Eşidin səsimi” mahnısını oxudular – VİDEOBu gün, 14:56Bu gün 16 saylı cəzaçəkmə müəssisəsindən 14 nəfər azadlığa buraxılıb - FOTOBu gün, 14:28Artilleriya bölmələrində döyüş atışlı təlimlər keçirilib – FOTO – VİDEOBu gün, 14:22Daha bir cəzaçəkmə müəssisəsində Amnistiya Aktı icra olunub - FOTOBu gün, 14:18Soyadın və adın dəyişdirilməsinə görə dövlət rüsumu dəyişirBu gün, 14:172 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktı 7 nəfərə şamil olunub - FOTOBu gün, 13:50Dünya birjalarında neftin bu günə olan qiymətiBu gün, 13:39Dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumlar dəyişirBu gün, 13:30
Bütün xəbərlər

Next TV