Bakıda ər arvadını məftillə boğaraq öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ər arvadını məftillə boğaraq öldürdü

09:58 - 22 / 10 / 2021
Bakıda ər arvadını məftillə boğaraq öldürdü

Oktyabrın 21-i saat 19 radələrində Qaradağ rayonu, Sahil qəsəbə sakini 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Vilayət Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aliyə Məmmədovanı məftillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Vilayət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər