Ölkə üzrə 19 məktəb, 505 sinif koronavirusa görə distant təhsilə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə üzrə 19 məktəb, 505 sinif koronavirusa görə distant təhsilə keçib

S.Xankişiyeva12:08 - 22 / 10 / 2021
Ölkə üzrə 19 məktəb, 505 sinif koronavirusa görə distant təhsilə keçib

Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirlir.

Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.

Hazırda 433 sinif distant formada tədrisə davam edir.

Paylaş:
469

Son xəbərlər

Bütün xəbərlər