Polad Bülbüloğlu: Canəli Əkbərovun vəfatı Azərbaycan incəsənəti üçün böyük itkidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Polad Bülbüloğlu: Canəli Əkbərovun vəfatı Azərbaycan incəsənəti üçün böyük itkidir

S.Xankişiyeva16:22 - 23 / 10 / 2021
Polad Bülbüloğlu: Canəli Əkbərovun vəfatı Azərbaycan incəsənəti üçün böyük itkidir

“Əziz Canəli Əkbərovun vəfatı xəbəri məni son dərəcə kədərləndirib. Bu, Azərbaycan incəsənəti, mədəniyyəti üçün böyük itkidir”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

"Məşhur xanəndələr Seyid və Xan Şuşinskilərin tələbəsi olan Canəli Əkbərov Azərbaycan muğam sənətinin klassik ənənələrini davam və inkişaf etdirib. Milli operamızın səhnəsində bir sıra gözəl obrazlar yaradıb. Bu obrazların mürəkkəb və çoxşaxəli mahiyyətini məharətlə açmağı bacaran sənətkarın nəinki vokal, eyni zamanda aktyorluq istedadı da özünü göstərib.

Mən hər zaman təvazökarlığı və insani keyfiyyətləri ilə seçilən, bu xüsusiyyətləri ömrünün sonuna qədər saxlaya bilən Canəli müəllimin sənətini yüksək qiymətləndirmişəm, ona dəstək olmuşam. Onun demək olar bütün fəxri ad və mükafatları mənim Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyim dövrə təsadüf edir. Dəfələrlə onunla yol yoldaşı olmuşuq, hətta bir səhnəni bölüşmüşük. O vaxtlar xarici ölkələrə birgə səfərlər etmişik və Canəli Əkbərov hər zaman Azərbaycan muğam sənətini yüksək səviyyədə təmsil etmişdir.

Canəli müəllim Cabbar Qaryağdının, Xan və Seyid Şuşinskilərin, ümumiyyətlə, Qarabağ muğam məktəbini yaşatmaq üçün böyük səylər göstərmiş, yeni nəsil ifaçılar yetişdirmiş, öz istedadı və təcrübəsi ilə bölüşmüşdür.

Onun əziz xatirəsi hər zaman mənim qəlbimdə yaşayacaqdır. Mərhumun ailəsinə və yaxınlarına, həmkarlarına və tələbələrinə, onun unudulmaz istedadının bütün pərəstişkarlarına dərin hüznlə başsağlığı verirəm", - deyə Xalq artisti Polad Bülbüloğlu vurğulayıb.

Paylaş:
603

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər