Sabahın havası: bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası: bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq

13:09 - 25 / 10 / 2021
Sabahın havası: bəzi rayonlara yağış, dağlıq ərazilərə qar yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabr ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütünundan 774 mm civə sutununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

1news.az

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər