Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır

Qafar Ağayev14:41 - 25 / 10 / 2021
Toydan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı araşdırma aparılır

Baş Prokurorluq Bakıda nikah mərasimindən 3 gün sonra müəmmalı şəkildə ölən şəxslə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan 1news.az-ın sorğusuna cavab olaraq bildirilir ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Xatırladaq ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd edilib ki, Kamil Namazov nikah mərasimindən 3 gün sonra evində ölü tapılıb. Onun qətlə yetirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər