Ötən gün 1059 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 1059 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb

Qafar Ağayev11:03 - 25 / 10 / 2021
Ötən gün 1059 nəfər COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri oktyabrın 23-də və 24-də Bakıda və respublikanın digər ərazilərində 198 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, monitorinqlər 142 şadlıq sarayında, 56 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 65 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 1059 nəfər toy şənliklərinə buraxılmayıb.

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər