Cartier Evi sevgi hekayəsini Bakı xəritəsinə həkk edəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cartier Evi sevgi hekayəsini Bakı xəritəsinə həkk edəcək - FOTO

S.Xankişiyeva15:45 - 26 / 10 / 2021
Cartier Evi sevgi hekayəsini Bakı xəritəsinə həkk edəcək - FOTO

Hər sevginin öz hekayəsi var: romantik, təsirli, təkrarolunmaz. İlk dəfə olaraq, Cartier Evi Bakıda hər nöqtəsi ilhamverici sevgi hekayəsi olan məhəbbət marşrutu yaradıb.

Layihənin qəhrəmanları – Bakının tanınmış cütlükləri: Murtuza və Liza Muxtarovlar, Maksud və Anna İbrahimbəyovlar, Teymurbəy və Hüsniyə Qulubəyovlar, Zeynalabdin və Sona Tağıyevlər, Məcid Behbudov və Firuzə Vəkilova, Lətif Feyzullayev və Vəcihə Səmədovadır. Ən güclü və parlaq hissə qapılaraq, onlar xariqələr yaradır, saraylar ucaldır, bağlar salır və sübut edirdilər ki, yalnız məhəbbət əhəmiyyət kəsb edir.

Cartier Evi Sizi Bakının məhəbbət marşrutu ilə gəzişməyi və hər birinizin ürəyində əks-səda tapacaq sevgi hekayələrini dinləməyə dəvət edir. Audio-bələdçilər də daxil olmaqla, saytın kontenti azərbaycan və rus dillərində mövcuddur. Gəzinti bir zamanlar zərgər olan Zeynalabdinin həyat yoldaşı üçün təkrarolunmaz badamı zinyət əşyasını hazırladığı Zərgərpalan küçəsindən başlayır. Marşrutun hər bir nöqtəsində zamana qalib gələn sevginin gücünü hiss etmək mümkündür. Bu minvalla, Teymurbəy Qulubəyovun sevgisi ailə ocaqlarının bağında qlisiniyalarla birlikdə gül açır, Zeynalabdin Tağıyevin sevgisi isə həyat yoldaşına toy hədiyyəsi kimi təqdim etdiyi sarayda öz əksini tapır.

Marşrutun son nöqtəsi isə qonaqlarının çoxsaylı sevgi məqamlarının şahidi olmuş Cartier butiki olacaq. Sevgi haqqında danışarkən, zinyət əşyalarının Sofi Loren və Karlo Ponta, Elizabet Teylor və Riçard Barton kimi bir çox məşhur cütlüklərin sevgisinə şahidlik etmiş Love kolleksiyasını xatırlamamaq mümkün deyil. Hər şey dizayner Aldo Çipullonun 1969-cu ilə yaratdığı əfsanəvi vintli qolbaqdan başladı. Love qolbaqlarını cütlüklər birgə alır və elə butikdə bir-birinin qollarına bağlayırdılar – iki yarım-halqanı burğac vasitəsilə biləyə kip bağlayan ovala çevirirdilər. Qolbağı təkbaşına açmaq mümkün deyil, ona görə də qolbaq biləkdə gecə-gündüz qalaraq, sevimli insanı xatırladırdı.

Bəs siz sevgi naminə nəyə qadirsiniz? Sizi nəyin romantik qəhrəmanlıqlara vadar etdiyi haqda fikirlərinizi bölüşün. Seçilmiş hekayələr xəritəyə düşəcək. Layihənin qəhrəmanına çevrilin və love-cartier.italdizain.az saytında sevgi marşrutunuzu kəşf edin.

Love kolleksiyası ilə Bakı şəhəri, 28 May küçəsi, 2A ünvanındakı Cartier zərgərlik butikində tanış olun.

Reklam hüququnda

Paylaş:
841

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər