Əli Nağıyev Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Nağıyev Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq edib

S.Xankişiyeva11:27 - 26 / 10 / 2021
Əli Nağıyev Azərbaycanda sabitliyi pozmağa çalışanlara xəbərdarlıq edib

Respublikamızda mövcud sabitliyin pozulmasına yönələn bütün sadalanan hallara qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Milli təhlükəsizlik” mövzusunda keçirilən kursun açılış mərasimində deyib.

O çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışıb.

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər