Ölkə üzrə ən yüksək yoluxma faizi hansı şəhərdədir? - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə üzrə ən yüksək yoluxma faizi hansı şəhərdədir? - STATİSTİKA

Qafar Ağayev14:59 - 27 / 10 / 2021
Ölkə üzrə ən yüksək yoluxma faizi hansı şəhərdədir? - STATİSTİKA

Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.

Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb - 53,4 faiz.

Abşeronda 13,4 faiz, Aranda 12,4 faiz, Gəncə-Qazaxda 7,3 faiz, Şəki-Zaqatalada 3,6 faiz, Quba-Xaçmazda 3,3 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Yuxarı Qarabağda 1,5, Naxçıvanda 0,06 faiz təşkil edir.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib, aktiv xəstə sayı 25 655 nəfərdir.

Paylaş:
358

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər