Interbrand: Samsung Electronics dünyanın ən yaxşı brendlərinin ilk 5-liyindədir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Interbrand: Samsung Electronics dünyanın ən yaxşı brendlərinin ilk 5-liyindədir – FOTO

S.Xankişiyeva14:45 - 28 / 10 / 2021
Interbrand: Samsung Electronics dünyanın ən yaxşı brendlərinin ilk 5-liyindədir – FOTO

"Samsung Electronics" beynəlxalq konsaltinq şirkəti Interbrand tərəfindən hazırlanan “Dünyanın 100 ən yaxşı brendi 2021” reytinqində beşinci yerdə qərarlaşıb.

Samsung brendi 74 milyard 600 milyon dollar dəyərində qiymətləndirilir ki, bu da şirkətin beşliyə ilk dəfə daxil olduğu keçən illə müqayisədə 20% daha çoxdur. Bu, 2013-cü ildən bəri ən yüksək illik artım tempidir. Həmçinin, bu göstərici dünyanın ən yaxşı 100 brendinin orta artım tempindən iki dəfə artıqdır. Samsung Electronics brendi 2012-ci ildən bəri ilk onluqdadır. Qeyd edək ki, şirkət 20 il əvvəl siyahıda birinci dəfə yer alaraq, 43-cü yerdə qərarlaşmış və 2010-cu ildə sürətlə yüksələrək 19-cu yerə yüksəlmişdir. Interbrand qeyd edir ki, Samsung Electronics brendinin dəyər artımının əsas amilləri bunlardır:

• şirkətin istifadəçi yönümlü idarəetmə sisteminə keçidi;

• müntəzəm inkişafın təmin edilməsi üçün davamlı tədbirlərin, o cümlədən korporativ sosial məsuliyyət konsepsiyasına uyğun olaraq həyata keçirilən müxtəlif kampaniyaların, buna misal olaraq: Together for Tomorrow! Enabling People kimi proqramlar, televizorlar üçün eko-qablaşdırma və Galaxy Upcycling kimi korporativ miqyasda davamlılıq təşəbbüslərinin irəli sürülməsi;

• Galaxy Z Flip3, Neo QLED televizorları və Bespoke məişət texnikası xətti də daxil olmaqla innovativ məhsulların buraxılması;

• davamlı sərmayə ilə idarə olunan süni intellekt (AI), 5G, "ağıllı" avtomobillər və robototexnika kimi qabaqcıl texnologiyaların inkişafında liderlik.

“Samsung Electronics-in keçən ildən bəri dünyanın ən yaxşı 5 brendi arasında yer aldığını görməkdən məmnunuq hissi duyur və bu il şirkətin iki rəqəmli artıma nail olmasına səmimi qəlbdən sevinirik. Bu, 2013-cü ildən bəri Samsung-un marka dəyərində ən böyük sıçrayışdır "deyə Samsung Electronics-in marketinq direktoru Y.H. Li. qeyd etmişdir.“Biz istehlakçıların istəklərini dinləməyə davam etmək üçün istifadəçi mərkəzli idarəetmə modelimizdən istifadə edəcəyimizə söz veririk. Dünyanın hər yerindən onlardan aldığımız böyük dəstəyi bu yolla ödəyəcəyik”.

Qeyd edək ki, Interbrand şirkətlərin brend dəyərini bir çox amillərin, o cümlədən maliyyə göstəricilərinin, brendin alışlara təsirini və rəqabət qabiliyyətinin hərtərəfli təhlili əsasında qiymətləndirir.

Bundan əlavə, oktyabr ayında Samsung, Forbes-in “Dünyanın Ən Yaxşı İşəgötürənləri 2021” siyahısında ardıcıl ikinci il IBM və Microsoft-u keçərək birinci yeri tutdu. Forbes hər il 58 ölkədə ölkədə və ya regionda fəaliyyət göstərən şirkətlərdə çalışan təxminən 150 000 işçi arasında sorğu keçirir. Bu il respondentlərdən işəgötürənin COVID-19 pandemiyasına reaksiyasından məmnunluq dərəcəsini qiymətləndirmək, həmçinin onu imic, iqtisadi təsir, işçilərin inkişafı, gender bərabərliyi və sosial məsuliyyət kimi meyarlara əsasən qiymətləndirmələri xahiş olunub.

Reklam hüququnda

Paylaş:
785

Son xəbərlər

Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48
Bütün xəbərlər