Sabahdan yenidən yağış yağacaq – XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan yenidən yağış yağacaq – XƏBƏRDARLIQ

S.Xankişiyeva17:10 - 28 / 10 / 2021
Sabahdan yenidən yağış yağacaq – XƏBƏRDARLIQ

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 29-u axşamdan 30-u gündüzədək, qısa fasilədən sonra 31-i axşamdan noyabrın 1-i səhərədək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər