Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub - FOTO

S.Xankişiyeva17:55 - 28 / 10 / 2021
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan yeni resurs bazası ictimaiyyətə təqdim olunub - FOTO

Oktyabrın 28-də Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.armeniancrimes.com resurs bazası ictimaiyyətə təqdim olunub.

1news.az-ın verdiyi xəbərə görə, Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən portalın işçi qrupunun üzvü Aliyə Məmmədli hazırlanan resurs bazasının məqsədinin Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərində tariximizə, mülki əhalimizə, mədəni irsimizə, təbiətimizə qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq olduğunu söyləyib: “Birinci Qarabağ müharibəsi yaddaşlarda silinməz izlər buraxmışdı. Torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilmiş, minlərlə insan həlak olmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşmüşdü”.

A.Məmmədli qeyd edib ki, təqdim olunan məlumatların hər biri yerli və beynəlxalq mənbələrə əsaslanaraq, konkret faktlarla çatdırılır: "Portal Ermənistan tərəfindən tarixən ölkəmizə və xalqımıza qarşı törədilən cinayətlər barədə daha geniş faktlar əsasında mütəmadi yenilənəcək. Portalın əsas səhifəsində Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və təbii sərvətlərinə qarşı törədilmiş cinayətlərin yer aldığı analitik yazı təqdim edilir. “Erməni vandalizmi” bölməsində vandalizmə məruz qalmış tarixi mədəniyyət nümunələri və təbii ehtiyatlar haqqında məlumatlar 7 kateqoriyada cəmlənib. Bu kateqoriyalarda ermənilərin Azərbaycanın mədəni irsinə qarşı həyata keçirdikləri vandalizm siyasəti ilə yanaşı, işğal altında olmuş ərazilərin tarixi, coğrafiyası, təbiəti, işğaldan əvvəl həmin rayonlarda mövcud olan infrastruktur və həyat tərzi, eləcə də işğala məruz qaldıqdan sonra 30 ilə yaxın müddətdə həmin bölgələrdə ermənilərin törətdikləri vəhşiliklər haqqında məlumatlar verilib.

Portalda ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətləri dünya ictimaiyyətinə daha sürətli və diqqəti cəlb edən üsullarla çatdırmaq üçün hazırlanmış posterlər də yer alıb. Dağıntıya məruz qalmış abidələr haqqında məlumatlar fotolarla yanaşı qısa informasiyalarla da çatdırılır.

Erməni işğalına məruz qalmış ərazilərimizin coğrafi mövqeyini, görməli yerlərini, tarixi abidələrini, işğaldan əvvəlki həyat tərzini və inkişaf perspektivlərini, işğal dövründə viranə qoyulmuş vəziyyətlərini ictimailəşdirmək və dünya ictimaiyyətinə çatdırmaq üçün ingilis dilində alt yazı və hər regiona xas musiqi müşayiəti ilə qısa videoçarxlar hazırlanıb.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərin, vandalizm aktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında bu kimi portalların yaradılmasının əhəmiyyətindən söz açıb.

Paylaş:
414

Son xəbərlər

Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31
Bütün xəbərlər