Bu il şəhid ailələri və müharibə əlillərinə 1600 mənzil təqdim edilib
Bu ilin planına əsasən vətəndaşlara 3000 mənzil təqdim edilib. Bunun da 1600-ü şəhid ailələri və müharibə əlillərinə verilib. 160 avtomobildən 144-ü müharibə əlillərinə təqdim olunub.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “2021-ci ilin ilk 9 ayı: İqtisadi artımın bərpası və post-konflikt quruculuğu” mövzusunda hazırladığı “İslahat İcmalı” hesabatda əksini tapıb.
Həmin müddətdə 441,3 min nəfərə isə sosial müavinətlər ödənilib. Bunun da 62 min nəfərinə birdəfəlik, 379,3 min nəfərinə isə aylıq müavinətlər verilib.
Bu ilin planına əsasən vətəndaşlara 3000 mənzil təqdim edilib. Bunun da 1600-ü şəhid ailələri və müharibə əlillərinə verilib. 160 avtomobildən 144-ü müharibə əlillərinə təqdim olunub.
Həmin müddət ərzində 62,7 min nəfər münasib işlə təmin olunub. Onlardan 23,3 min nəfəri isə ictimai işlə təmin olunanlardır. İşsizlikdən sığorta ödənişi təyin edilənlərin sayı isə 2 659 nəfər təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 342,9 manat olub.
Həmçinin bu ilin planındakı 16 min nəfərlik özünüməşğulluq proqramına 11 739 nəfər cəlb olunub. Onlardan 974 nəfəri əlilliyi olan şəxslər, 1 639 nəfəri şəhid ailəsi üzvləri, 805 nəfəri məcburi köçkünlər, 49 nəfəri ünvanlı dövlət sosial yardımı alanlar, 2 787 nəfəri gənclər, 3 054 nəfərini isə qadınlar təşkil edib.
Bundan başqa, ölkədə 9 ay üzrə əmək pensiyası alanların sayı 1 205 346 nəfər olub. Onlardan 709,9 min nəfəri yaşa görə, 352,9 min nəfəri əlilliyə görə, 142,6 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.
Hesabat dövründə 52 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənib. Ailəyə düşən orta aylıq məbləğ isə 267 manat təşkil edib. Bu il 40 460 nəfərə əlillik, 12 823 nəfərə isə ilkin əlillik, 27 637 nəfərə təkrar əlillik təyin olunub.