Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO

S.Xankişiyeva11:27 - 28 / 10 / 2021
Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, hadisə səhər saatlarında Nizami rayonunda qeydə alınıb.

Mikayıl Əliyev küçəsində “Azsamand” markalı avtomobillə “Kia rio” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki sürücü (şəxsiyyətəri dəqiqləşdirilir-red) ağır xəsarətlər alıb. Hadisə yerinə yol polisi və təcili yardım cəlb olunub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İlkin ehtimala görə, hadisəyə “Azsamand” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər